...

Avropa Birliyinin XİN rəhbərləri İranın nüvə proqramı ətrafında böhranın həlli üçün yeni təklifləri müzakirə edirlər

Dünya xəbərləri Materials 15 May 2006 13:09 (UTC +04:00)

AB İranı öz nüvə proqramından imtina etməyə razı salmaq məqsədilə yeni təkliflər işləyib hazırlayır. Bu təkliflər bu gün AB xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcək. Bu barədə Associated Press məlumat verib.

Trend in verdiyi xəbərə görə, avropalılar Tehrana 2005-ci ilin avqustunda təklif olunan iqtisadi və siyasi təşəbbüslər paketini genişləndirməyə çalışırlar. O zaman Avropa imtiyazlar müqabilində İslam Respublikasından uranın zənginləşdirilməsi ilə bağlı bütün işləri dayandırmağı tələb edirdi. İran təklifdən imtina etsə də, Avropa Birliyi dövlətləri Tehranın nüvə proqramı ilə bağlı səylərini davam etdirdilər. Avropa ilə yanaşı, İran üçün sərfəli olan təkliflər BMT-nin Təhlükəsizlik Şurasında da hazırlanır. Eyni zamanda, İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi də nəzərdən keçirilir.

Xatırladaq ki, İran 2005-ci ilin avqustundan uranın zənginləşdirilməsi proqramı çərçivəsində İsfahandakı nüvə elmi-tədqiqat mərkəzində işləri bərpa edib. Avropalılar bunu uranın zənginləşdirilməsinə dair memorandumdan çıxış kimi qiymətləndirərək Atom enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarəetmə Şurasının fövqəladə sessiyasını çağırıb. Orada İranın nüvə tədqiqatlarını dayandırmağa çağıran qətnamə qəbul edilib. Öz növbəsində, Tehran bu sənədi qəbul etməyərək onu "siyasiləşdirilmiş və dövlət üçün əlverişli olmayan" adlandırıb. Bu barədə RBK məlumat verib.

Xəbər lenti

Xəbər lenti