...

Ən çox mobil rabitə abunəçisi olan 15 ölkənin siyahısı çap olunub

Dünya xəbərləri Materials 2 İyun 2006 12:34 (UTC +04:00)

İTU Strategy analitik şirkəti ən çox mobil rabitə abunəçisi olan ölkələrin qrafikini hazırlayıb. Bu siyahıda şəksiz lider Çindir (393,4 milyon mobil operator müştərisi).

Trend in Mobime-yə əsasən verdiyi xəbərə görə, ikinci yeri Birləşmiş Ştatlar tutur, burada 201,7 milyon abunəçi var. Geniş hüdudları olan Rusiya isə üçüncü yerdədir (İTU Strategy-nin məlumatına əsasən 120 milyon abunəçi).

Liderlərin beşliyi Yaponiyanın (94,7 milyon) və Braziliyanın (86,2 milyon) adı ilə tamamlanır.

Xəbər lenti

Xəbər lenti