...

İraqda 24 Türkiyə vətəndaşı itkin düşüb

Dünya xəbərləri Materials 7 İyun 2006 15:00 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri A.Gülün bəyanatına görə, İraqda oğurlanmış 86 ölkə vətəndaşından son vaxtlarda 59 nəfəri azad edilib.

Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, itkin düşmüş 24 vətəndaşın, əsasən yük avtomaşınlarının oğurlanmış sürücülərinin taleyi barədə heç nə məlum deyil. Onların olduğu yer Türkiyənin Bağdaddakı səfirliyinin kanalları üzrə dəqiqləşdirilir.

Türkiyənin Nəqliyyat nazirliyi tərəfindən İraqda öldürülmüş sürücülərin ailələrinə təxminən 25 min dollar məbləğində pul kompensasiyası verilib.

Xəbər lenti

Xəbər lenti