Sergey Lavrov hesab edir ki, Ukrayna və ya Gürcüstanın NATO-ya qoşulması böyük geosiyasi dönüşə səbəb ola bilər.
"Ukrayna və ya Gürcüstanın NATO-ya qoşulması böyük geosiyasi dönüş olacaq" - deyə Rusiya XİN rəhbəri Dövlət Dumasında çıxışı zamanı bəyan edib.
"Biz belə bir addımın bütün mümkün nəticələrini nəzərdən keçiririk" - deyə o vurğulayıb.
"Biz bu nəticələri ilk növbədə Rusiyanın milli, təhlükəsizlik, iqtisadi və bu dövlətlərlə qarşılıqlı əlaqə maraqları baxımından nəzərdən keçiririk" - deyə nazir əlavə edib. Bu barədə Trend agentliyi "Novosti" RİA-ya istinadən xəbər verib.