İyunun 9-10-da Tiflisdə Gürcüstan parlamentinin dəstəyi ilə qanunsuz silah alveri probleminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Trend in KAVKAZ-PRESS-ə istinadən xəbər verdiyi kimi, konfransa Avropa, MDB və Baltik ölkələrinin parlament nümayəndələri dəvət olunur. Seminarın keçirilməsində məqsəd görüş iştirakçılarının diqqətini qanunsuz silah alverinin qarşısının alınması, silah ticarətinə nəzarətin sərtləşdirilməsi, o cümlədən yüngül silahların yayılmasının məhdudlaşdırılması ilə bağlı məsələlərə yönəltməkdir.
Konfransda artıq bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlər və dövlətlərin BMT və ATƏT çərçivəsində öhdəlikləri müzakirə olunacaq.