İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi Tehranın nüvə proqramı ətrafında yaranmış mübahisənin diplomatik yolla həllinə əngəl olmamağa çağırıb. İranın MAQATE-dəki nümayəndəsi Əli Əshər Soltaneh agentliyin Direktorlar Şurasını Vyanada görüş ərəfəsində konstruktiv dialoqa çağırıb.
"Gəlin ittihamları təkrarlamayaq. Danışıqlarda bizim tərəfdaşlarımız diqqətli olmalı və vəziyyəti pisləşdirəcək heç bir hərəkətə yol verməməlidir. Bizə təmkinli, soyuqqanlı və konstruktiv danışıqlar lazımdır", - deyə Əli Əshər Soltaneh bəyan edib.
Trend in "BBC"-yə istinadən xəbər verdiyi kimi, İran Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa tərəfindən tərtib olunmuş təkliflər paketinə indiyədək cavab verməyib. Qərb İranı uranı zənginləşdirmək niyyətindən əl çəkməyə razı salmağa çalışır. İran isə proqramın dinc xarakterli olmasında israr edir.
MAQATE-nin Direktorlar Şurası təşkilatın rəhbəri Məhəmməd Əl-Bəradeyinin İranın nüvə proqramı ilə bağlı məruzəsini müzakirə etməlidir.