...

Rusiya hökuməti ABŞ ilə silahların saxlanılması və məhvinin təhlükəsizliyi haqqında sazişin 7 il uzadılmasını təsdiqləyib

Dünya xəbərləri Materials 14 İyun 2006 16:02 (UTC +04:00)

Rusiya hökuməti Moskva ilə Vaşinqton arasında silahın saxlanılması, daşınması və məhvinin təhlükəsizliyi və onun yayılmasının qarşısının alınması haqqında sazişin etibarlıq müddətinin 7 il uzadılmasını təsdiqləyib.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, 17 iyun 1992-ci il sazişinin etibarlıq müddətinin uzadılması barədə qətnamə Rusiyanın baş naziri Mixail Fradkov tərəfindən imzalanıb. Bu protokolun layihəsi Rusiya prezidentinə imzalanmaq üçün təqdim olunacaq. Protokola əsasən, sazişin etibarlıq müddəti 17 iyun 2006-cı il tarixindən etibarən 7 il müddətinə uzadılır.

1992-ci il sazişi pluton istehsal edən reaktorların istifadəsi, nüvə silahının nəql və saxlanma təhlükəsizliyi, eləcə də nüvə materilarının uçot, nəzarət və fiziki müdafiəsi sahəsində əməkdaşlığa dair bir sıra Rusiya-Amerika sənədərinə tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti