...

Gürcüstan XİN başçısı AB ölkələri və ABŞ səfirləri ilə görüşüb

Dünya xəbərləri Materials 17 İyun 2006 14:27 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Avropa Birliyi ölkələri, ABŞ, Bolqarıstan, Rumıniya və Türkiyə səfirləri ilə görüşüb.

XİN-dən Praym-Nyusa verilən məlumata görə, diplomatlar Gürcüstanın Avro-Atlantik inteqrasiyası, gürcü-osetin münaqişəsinin sülh yolu ilə nizamlanması planının impelementasiyası üzrə respublikanın gələcək addımları və digər məsələləri müzakirə edib. Onlar, həmçinin, iyunun 14-də Brüsseldə Sxinvali regioununun iqtisadi reabilitasiyası üzrə layihələrin maliyyələşdirilməsi məsələləri ilə bağlı keçirilmiş beynəlxalq donor konfransını da yüksək qiymətləndirib.

G.Bejuaşvili iyunun 13-də Sankt-Peterburqda Gürcüstan və Rusiya prezidentləri Mixail Saakaşvili və Vladimir Putin arasında aparılmış danışıqlar barədə xarici diplomatlara məlumat verib.

Xəbər lenti

Xəbər lenti