...

Almaniyanın XİN başçısı nüvə proqramı üzrə danışıqların bərpası üçün İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 27 İyun 2006 19:16 (UTC +04:00)

Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer nüvə proqramı üzrə danışıqların bərpası üçün İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırıb. Alman nazir bu yaxınlarda Berlində başa çatan iranlı həmkarı Manüçöhr Möttəki ilə apardığı danışıqların yekununa görə bu bəyanatı edib. Trend in verdiyi xəbərə görə, M.Möttəki, öz növbəsində, bildirib ki, Tehran danışıqlara hazırdır və "ilkin şərt irəli sürmədən" bu danışıqlara qayıtmağa çağırır. Bu zaman İran naziri beynəlxalq "altılıq" tərəfindən təklif olunmuş təşəbbüslər paketinə İranın nə zaman reaksiya verəcəyi barədə suala yenə də konkret cavab verməyib. Onun sözlərinə görə, paketdə həm pozitiv, həm də "qaranlıq" məqamlar var.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (Rusiya, Çin, Böyük Britaniya, Fransa, ABŞ), həmçinin Almaniya tərəfindən bəyənilmiş İranın nüvə silahının həlli üzrə təkliflər 6 iyun 2006-cı ildə Tehrana təqdim olunub. İran prezidenti Mahmud Əhmədi Necad bildirib ki, Tehran 2006-cı ilin avqust ayının ortalarında dünya ictimaiyyətinin yeni təşəbbüslərinə rəsmi cavab verəcək. Lakin, Amerika prezidenti Corc Buşun fikrincə, bu "səmərəsiz uzun vaxtdır". ABŞ və digər ölkələr istəyirlər ki, İran 15 iyul 2006-cı ildə Sankt-Peterburqda açılacaq G8 sammitindən dərhal sonra öz reaksiyasını bildirsin.

Xəbər lenti

Xəbər lenti