...

Ermənistan prezidentinin İrana səfərinin proqramı açıqlanıb

Dünya xəbərləri Materials 4 İyul 2006 15:18 (UTC +04:00)

Ermənistan prezidenti Robert Koçaryan iyulun 5-də İrana iki günlük səfər edəcək. Bu barədə "Mediamaks"a dövlət başçısının mətbuat xidmətindən xəbər veriliib.

Trend agentliyinin "Mediamaks"a istinadən yaydığı məlumata əsasən, Ermənistan prezidenti İranlı həmkarı Mahmud Əhmədineyad və İranın xarici işlər naziri Manuçöhr Möttəki ilə görüşəcək, geniş tərkibdə Ermənistan-İran danışıqları keçiriləcək.

Ermənsitanın Tehrandakı səfirliyində R.Koçaryan İrandakı erməni diasporunun nümayəndələri ilə görüşəcək.

Erməni nümayəndə heyətinin tərkibinə xarici işlər və energetika nazirləri, ermənistan prezidenti aparatının rəhbəri daxildir.

Xəbər lenti

Xəbər lenti