...

Gürcüstanın dövlət büdcəsindən səhiyyə sahəsinə daha çox vəsait ayrılıb

Dünya xəbərləri Materials 7 İyul 2006 16:06 (UTC +04:00)

"REZONANSİ" qəzetinin yazdığı kimi, 2006-cı ilin birinci yarısında büdcə gəlirləri proqnozlaşdırılan göstəriciləri 60 milyon lari keçib. Maliyyə naziri Aleksi Aleksişvili ilin birinci yarısının nəticələrini uğurlu adlandırıb. Onun sözlərinə görə, gəlirlərin artması iki amillə - iqtisadi fəallığın artması və inzibatçılığın sərtləşdirilməsi ilə əlaqədardır. Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, cari ilin büdcəsinin 1-ci rübünün göstəricilərinə əsasən, səhiyyə və sosial müdafiə sektoru daha çox maliyyə vəsaiti ayrılıb. Bu il həmin sektora 323 millyon lari sərf olunub. Pensiya təminatı üçün 209 millyon lari, səhiyyə proqramları üçün - 50,6 millyon lari, yoxsulluq həddində olan ailələrə kömək məqsədilə - 8,8 millyon lari ayrılıb. Daha çox maliyyə vəsaitinin ayrılması üzrə ikinci yerdə Müdafiə Nazirliyi gəlir. Bu sektora 270 millyon lari ayrılıb.

Xəbər lenti

Xəbər lenti