...

Nino Burcanadze BMT Təhlükəsizlik Şurasının daimi üzvləri qarşısında çıxış edəcək

Dünya xəbərləri Materials 11 İyul 2006 15:11 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Gürcüstan-Abxaziya münaqişəsi zonasında sülhməramlıların mandatının dəyişdirilməsi məsələsini BMT-nin qarşısında qaldırmaq niyyətindədir. Gürcüstan parlamentindən "KAVKAZ-PRESS"ə verilən məlumata əsasən, Nino Burcanadze bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının dəimi üzvləri qarşısında çıxış edəcək.

Trend agentliyi xəbər verir ki, Gürcüstan tərəfinin tələbilə Təhlükəsizlik Şurası Gürcüstan parlamenti spikerinin çıxışını dinləməyə razılaşıb.

Gürcüstanın planına əsasən, münaqişə zonasındars sülhməramlı kontingenti beynəlmiləlləşdirmək və genişləndirmək nəzərdə tutulub, çünki rəsmi Tbilisi hesab edir ki, MDB sülhməramlıları yerli əhalinin təhlükəsizliyini lazımınca təmin edə bilmir.

Xəbər lenti

Xəbər lenti