...

Hindistanda baş vermiş partlayışlar nəticəsində həlak olanların sayı 179-a çatıb

Dünya xəbərləri Materials 12 İyul 2006 13:50 (UTC +04:00)

Mombayda baş vermiş partlayışlar nəticəsində həlak olanların sayı 179 nəfərə çatıb. 600 nəfərdən çox adam isə yaralanıb. Bu barədə yerli telekanallar xəbər verir.

Trend in RİA Novostiyə istinadən verdiyi məlumata görə, yaralıların bir çoxunun vəziyyəti kritikdir. Hindistanlı ekspertlər əmindir ki, həddindən artıq dolu qatarlarda və platformalarda baş vermiş partlayışlar "Əl-Qaidə" ilə əlaqədar təşkilatların əməlidir.

Qəzetlər güc strukturlarındakı anonim mənbələrə istinadən yazır ki, qanlı faciə "Ləşkər-və-tayba" islam terror təşkilatı və Hindistanın tələbə islam hərəkatı tərəfindən törədilib.

Çərşənbə axşamı səhər Srinaqda (Cammu və Kəşmir ştatları) 5 partlayış baş verib. Daha 7 partlayış isə Mombay şəhərində törədilib.

Xəbər lenti

Xəbər lenti