...

Samsung və Sony MK-ekspansiyanı genişləndirirlər

Dünya xəbərləri Materials 19 İyul 2006 16:42 (UTC +04:00)

Samsung və Sony MK-panellərin birgə istehsalının yeni xəttini açırlar. Şirkətlər ehtimal edirlər ki, 2008-ci ilə qədər məhsulun, daha doğrusu, 50 düym diaqonallı televizorlar üçün panel satışının illik həcmi 2,3 mlrd. ABŞ dolları təşkil edəcək.

Trend in xəbər verdiyi kimi, Samsung və Sony S-LCD zavodunda MK-panellərin birgə istehsalının genişləndirilməsi üçün 1,9 mlrd. ABŞ dolları sərmayə barədə qəti qərar imzalayıblar. Bu zavodda növbəti nəsil televiziya panelləri buraxılacaq.

Şüşə üzlükdən təxminən 2,2x2,5 metr ölçülü səkkizinci nəsil məhsulunu buraxan istehsalat xətti 2007-ci ilin payızında işə salınacaq və ayda 50 min panel istehsal edəcək. Belə üzlükdən 50 düym diaqonallı televizorlar üçün 6 ədəd panel və ya 46 düym diaqonallı televizorlar üçün 8 panel hazırlamaq olar. S-LCD zavodunda mövcud olan yeddinci nəsil xəttində bir üzlükdən 46 düym diaqonallı televizor üçün 6 panel hazırlanır.

Samsung öz bəyanatında qeyd edib ki, 2008-ci ildə məhsulun satış həcmi 2,2 trln. vona (2,3 mlrd. ABŞ dolları) çatmalıdır. Məsələn, ötən il Samsung-un LCD-paneli buraxan bütün şöbələri 9,7 trln. von məbləğində məhsul satıb. S-LCD birgə müəssisəsi Samsung-a öz bazarını genişləndirmək üçün Sony brendindən istifadə etməkdə yardım edib. Bu halda Sony sabit panel tədarükü hesabına qazanıb.

Samsung-un yerli rəqibi- LG.Philips LCD şirkəti ötən həftə bildirib ki, panelin qiymətinin düşməsi nəticəsində rekord məbləğdə itki ilə üzləşdiyindən analoji istehsal xəttinin tikinti planlarını təxirə salıb.

Xəbər lenti

Xəbər lenti