...

"Ukrzaliznısya" 2007-ci ilin yanvar ayından biletlərin qiymətini 10% artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 20 İyul 2006 19:07 (UTC +04:00)

"Ukrzaliznısya" 2007-ci ilin yanvar ayından biletlərin qiymətini 10% artırmağı planlaşdırır. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə "Ukrzaliznısya"nın baş direktoru Vasili Qladkix bu gün Kiyevdəki mətbuat konfransında bildirib.

Bundan başqa, o əlavə edib ki, 2007-ci ildə "Ukrzaliznısya" biletlərin qiymətini üç dəfə - hər rüb - daha 10% qaldırmağı planlaşdırır.

Xəbər verildiyi kimi, 12 iyun 2006-cı ildən qatarlarda sərnişin daşınması üzrə qiymətlər orta hesabla 43% artırılıb. Dəmir yolunda sərnişin daşınması üzrə qiymətlərin 1 yanvar 2007-ci ildən 10%, aprelin 1-dən yenə də 10% və 1 iyul 2007-ci ildən bir daha 10% artırılması planlaşdırılıb.

Bu zaman Ukraynanın Antiinhisar komitəsi dəmir yolu daşımalarının qiymətinin artmasına qarşı çıxış edir.

Ukraynanın "Ukrzaliznısya" Dövlət dəmir yolu nəqliyyatı administrasiyasına Ukraynanın bütün vilayətlərini birləşdirən 6 dəmir yolu - Donetsk, Lvov, Odessa, Pridneprovsk, Cənubi və Cənub-Qərbi dəmir yolları daxildir. Əsas dəmir yollarının istismar uzunluğu 22,3 min km, elektrikləşdirilmiş dəmir yollarının uzunluğu - 9169 km təşkil edir. Yük vaqonlarının parkı 175 mini, sərnişin vaqonlarının parkı 8 mini, teplovoz parkı 2,7 mini, elektrovoz parkı 1,7 mini ötür. 126 əsas vağzal və 1 min 684 stansiya sərnişinlərə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti