...

Rusiya müdafiə naziri: Venesuella ilə müqavilələrə təkrar baxılmayacaq

Dünya xəbərləri Materials 26 İyul 2006 17:57 (UTC +04:00)

Rusiyanın baş nazir müavini, müdafiə naziri Sergey İvanov Venesuella ilə bir milyard həcmində hərbi təyyarə və vertolyotların çatdırılması haqqında müqavilənin təkrar nəzərdən keçirilməsi mümkünlüyünü istisna edib.

"Müqavilənin təkrar nəzərdən keçirilməsi istisnadır. Mənim fikrimcə, 24 təyyarə və 24 vertolyot Venesulla kimi ölkənin ərazisini müdafiə etmək üçün çox deyil" - deyə S.İvanov vurğulayıb.

"Müqavilə yerinə yetiriləcək" - deyə o əlavə edib. Baş nazir müavini xattırladıb ki, Venesuellanın silah çatdırılması haqqında hər hansı bir məhdudiyyəti yoxdur. Bu barədə Trend "Novosti" RİA-ya istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti