...

Qazaxıstan XİN: BMT Təhlükəsizlik Şurası Livan-İsrail münaqişəsi üzrə təcili qətnamə qəbul etməlidir

Dünya xəbərləri Materials 31 İyul 2006 17:58 (UTC +04:00)

Qazaxıstan Livan hökuməti və xalqına İsrail Silahlı Qüvvələrinin Kafr-Kana qəsəbəsinə etdiyi hava hücumunun nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı başsağlığı verib. Bu barədə, "Kazinform" xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin Livan-İsrail münaqişəsi üzrə yaydığı məlumatda deyilir.

"Biz Livan, Fələstin və İsrail xalqları arasında itkiyə səbəb olan münaqişəsinin belə geniş vüsət almasına kədərlənirik. Qazaxıstan hökuməti hesab edir ki, hərbi əməliyyatlar mülki vətəndaşlar arasında itkilərə və sosial infrastrukturun məhvinə, eləcə də humanitar böhrana səbəb olacaq. Qazaxıstan bütün münaqişə tərəflərini təcili olaraq atəşi dayardırmağa çağırır və BMT Təhlükəsizlik Şurası tərəfindən qətnamənin qəbul edilməsini vacib hesab edir" - deyə məlumatda qeyd olunur. Qazaxıstan tərəfinin fikrincə, İsrailin bombardmana 48 saatlıq fasilə vermək haqqında qərarı regionda hərbi əməliyyatların dayandırılması istinamətində atılmış addımdır. Bu barədə Trend xəbər verib.

Xəbər lenti

Xəbər lenti