...

Türkmənistanda müstəqilliyin 15 illiyi münasibətilə 4,5 mln. dollar dəyərində rəngli fəvvarə tikiləcək

Dünya xəbərləri Materials 11 Avqust 2006 19:56 (UTC +04:00)

Trend-i buradan izləyin

Türkmənistanda müstəqilliyin 15 illiyi münasibətilə 4,5 mln. dollar dəyərində əzəmətli rəngli fəvvarə tikiləcək. Bu barədə qərar ölkə prezidenti Saparmurat Niyazov tərəfindən imzalanıb.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, tikintisi Türkiyənin "MASS" şirkətinə tapşırılmış fəvvarə oktyabrın 27-də qeyd olunacaq yubiley mərasiminə qədər hazır olacaq.

Layihəyə əsasən, fontanın perimetri üzrə on beş 40 metrlik şırnaq eyni hündürlüyə malik 15 pilləli piramidanı yuyacaq. Onun başında prezidentin bayrağı olan beşbaşlı qartalın əks olunduğu və rəngli şüşədən hazırlanmış kub quraşdırılacaq. Bunun üzərində isə beş türkmən tayfasının rəmzi olan elementlərdən ibarət mil ucaldılacaq. Abidə üzərində "XI" rəqəmi olan səkkizbucaqlı fiqurla tamamlanacaq.

Piramidanın postamenti gümüş və qızıl suyuna çəkilmiş halqa barelyeflə haşiyəyə alınacaq.

2001-ci ilə təsadüf edən müstəqilliyin 10 illiyində də abidə ucaldılmışdı. Belə ki, Türkmənistan paytaxtının mərkəzi park hissəsini sürətlə qaçan 10 atdan ibarət ilxının təsviri bəzəyir. Yeni abidə ətrafında da park zonasının yaradılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti