...

Rusiya texnikası ilə doludrulmuş növbəti eşelon Gürcüstanı tərk edib

Dünya xəbərləri Materials 15 Avqust 2006 19:46 (UTC +04:00)

Axalkalaki hərbi bazasından Rusiya texnikası ilə doldurulmuş növbəti eşelon avqustun 15-də Tsalkadan (Cənubi Gürcüstan) çıxıb.

Gürcüstanın Müdafiə Nazirliyindən "Novosti-Qruziya"ya verilən məlumata əsasən, Azərbaycan ərazisilə Rusiyaya 15 vaqon hərəkət edir. Bu qatar üç T-72, bir T-34, altı BRDM-2, üç BTC-4 tankı, eləcə də yüz ton tank əleyhinə mərmi daşıyır. Bu barədə Trend xəbər verib.

Avqustun 17-də Rusiya texnikasını daşıyan son eşelon Axalkalakidən Gümrüyə (Ermənistan) yola düşəcək. Növbəti eşelon isə Azərbaycan ərazisilə Rusiyaya avqustun 22-də gedəcək.

Xəbər lenti

Xəbər lenti