...

Gürcüstanın iqtisadiyyat naziri türkiyəli iş adamları ilə görüş keçirəcək

Dünya xəbərləri Materials 21 Avqust 2006 17:45 (UTC +04:00)

Avqustun 21-də Gürcüstanın iqtisadiyyat naziri İrakli Çoqovadze türkiyəli iş adamları ilə görüş keçirəcək.

İqtisadiyyat Nazirliyindən KAVKAZ-PRESS-ə verilən məlumata görə, danışıqların əsas mövzusu gömrük rüsumları və türkiyəli iş adamlarının Gürcüstanda gerçəkləşdirmək niyyətində olduğu investisiya layihələri ilə bağlı olacaq.

Trend in xəbər verdiyi kimi, görüş Tiflis informasiya biznes mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti