Rusiyaya məxsus TU-154 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Norilsk sakinlərinin qohumları 100 min rubl alacaq. Bu barədə jurnalistlərə Krasnoyar vilayəti qubernatorunun birinci müavini Vasili Kuzubov məlumat verib.
Trend in RİA Novosti-yə istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, maddi kömək şəhər ehtiyat fondundan ayrılacaq.
O bildirib ki, həlak olmuş 160 nəfər sərnişindən 22-si, o cümlədən 6 uşaq Norilsk sakini olub.
V.Kuzubov əlavə edib ki, cümə axşamı Donetskə - laynerin düşdüyü yerə həlak olanların qohumlarından ibarət daha bir qrup gələcək.
Pulkovo aviaxətlərinə məxsus Anapa-Sankt-Peterburq reysini yerinə yetirən TU-154 təyyarəsi avqustun 22-də Donetskin 45 km-də qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 170 nəfərin hamısı həlak olub.
Avqustun 24-ü Rusiyada matəm günü elan olunub.