Sentyabrın əvvəlində Vladimir Putin CAR və Mərakeşə səfərlər edəcək
Sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin CAR və Mərakeşə səfərlər edəcək. Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, V.Putin CAR prezidenti Tabo Mbekinin dəvəti ilə sentyabrın 5-6-da bu ölkəyə rəsmi səfər edəcək. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.
RF prezidenti sentyabrın 6-7-də isə Mərakeşə rəsmi səfər edəcək. Bu səfər Mərakeş kralı VI Məhəmmədin dəvəti ilə həyata keçiriləcək.