...

İraqda neft kəmərinin partlaması nəticəsində 15 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Avqust 2006 18:36 (UTC +04:00)

Rəsmi məlumatlara görə, avqustun 29-da Bağdaddan 180 km cənubda yerləşən Ed-Divaniya şəhəri yaxınlığında neft kəmərinin partlaması nəticəsində 15 nəfər həlak olub. Polis mənbələrinin verdiyi məlumatda isə qurbanların sayının 50-yə yaxınlaşdığı təsdiqlənir.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, partlayış adamların neft kəmərindən icazəsiz olaraq yanacaq götürməsi zamanı baş verib. Hüquq-mühafizə orqanları hesab edir ki, söhbət İraq hərbi qulluqçuları və şiə döyüşçüləri arasında qanlı toqquşma ilə əlaqəsi olmayan bədbəxt hadisədən gedir.

Xəbər lenti

Xəbər lenti