...

Türkmənistanın Balkan vilayətindəki yeni zavod saatda 13,5 min litr içməli su istehsal edəcək

Dünya xəbərləri Materials 1 Sentyabr 2006 16:07 (UTC +04:00)

Türkmənistan prezidenti Saparmurat Niyazov ölkənin Balkan vilayətində içməli su və spirtsiz içkilər istehsal edən zavodun layihəsini təsdiq edib. Bu barədə Trend xəbər verir.

Turkmenistan.ru agentliyinin Aşqabad müxbiri dövlət xəbərlər xidmətinə (DXX) istinadən xəbər verir ki, müəssisənin proqnozlaşdırılan gücü -saatda 13,5 min litr sudur. Bu, ən yeni avadanlıqlarla təchiz edilmiş və yüksək texnologiyalar əsasında fəaliyyət göstərən müasir istehsalat olacaq. "Xammal" "Yeniş" Dayxan birliyinin ərazisində yerləşən Qarqılı dağ çeşməsinin suyu olacaq. Yeni zavodda 300-dən çox iş yeri yaradılacaq.

Obyektin ümumi dəyəri - 13,8 mln. ABŞ dollarıdır. Layihəni beynəlxalq tenderin yekunlarına görə seçilmiş Türkiyənin Delta Uluslararasy Insaat, Turizm Tekstil Sanai we Tijaret LTD STI şirkəti qısa müddətdə həyata keçirəcək.

Xatırladaq ki, Türkmənistan başçısı içməli su zavodunun tikintisi təşəbbüsü ilə iyunun əvvəlində Balkan vilayətində tikiş və ayaqqabı fabriklərindən ibarət kompleksin açılışında iştirak etmək üçün orada olarkən çıxış edib.

Xəbər lenti

Xəbər lenti