Sentyabrın 11-də Gürcüstana gəlmiş ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti sentyabrın 12-də ölkənin müdafiə naziri İrakli Okruaşvili ilə görüş keçirəcək. Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın müdafiə nazirinin müavini Ceyms Makduqal rəhbərlik edir. Gürcüstan MN-dən KAVKAZ-PRESS-ə verilən məlumata görə, hazırda ABŞ nümayəndə heyəti görüşün keçiriləcəyi Batumiyə gedir.
Trend in xəbər verdiyi kimi, nümayəndə heyəti 13 nəfərdən ibarətdir.
Gürcüstan-Amerika məsləhətləşmələri zamanı Gürcüstanın müdafiə sisteminin modernləşdirilməsi və strategiyası ilə bağlı məsələlər müzakirə olunacaq.