...

ATƏT birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Dünya xəbərləri Materials 15 Sentyabr 2006 13:51 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel De Quxt sentyabrın 3-də Gürcüstanın HHQ vertolyotunun atəşə tutulması ilə bağlı narahat olduğunu bildirib və vurğulayıb ki, ATƏT Gürcüstanın ərazi bütövlüyü prinsipini birmənalı şəkildə dəstəkləyir. Bu barədə o, Brüsseldə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə görüşdə bəyan edib.

Trend Kavkaz-press-ə istinadən xəbər verir ki, tərəflər Cənubi Osetiyada münaqişənin tezliklə sülh yolu ilə həll olunmasının zəruri olduğunu qeyd edib və ATƏT-in bu prosesdə oynadığı rolu vurğulayıb.

Bejuaşvili bu təşkilatın Gürcüstanda oktyabrın 5-də keçiriləcək yerli seçkilərdə göstərdiyi köməyə görə ATƏT nümayəndəsinə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti