Somali prezidenti Abdullahi Yusufun ölkə parlamentinin binasında çıxışı zamanı güclü partlayış baş verib. Bu barədə "Əl-Cəzirə" teleşirkəti xəbər verir.
Somalinin xarici işlər naziri İsmayıl Hurrenin sözlərinə görə, partlayış parlament binasının yaxınlığında baş verib. "Prezidentin avtomobil qatarı prezident iqamətgahına gedərkən maşın partlayıb. Prezident sağ-salamatdır. Tələfat yoxdur, bir neçə yaralı var", - deyə nazir bildirib. Bu barədə Trend xəbər verir.