...

Viktor Yanukoviç sentyabrın 22-də qaz məsələləri üzrə danışıqlar üçün Moskvaya gələcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2006 18:45 (UTC +04:00)

Baş nazir Viktor Yanukoviç bildirib ki, sentyabrın 22-də o, qaz məsələləri üzrə danışıqlar üçün Moskvaya səfər edəcək. Baş nazir bu barədə bu gün Luqanskdakı müşavirədə çıxış edərkən məlumat verib.

Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu gün Moskvada Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko ilə Ukraynanın baş nazirinin səfərinə hazırlıqla bağlı danışıqların aparılması planlaşdırılıb. Bu barədə İTAR-TASS-a Yanacaq və Energetika Nazirliyindəki mənbədən məlumat verilib.

Məlumata görə, danışıqların əsas hissəsi iki ölkənin və Ukraynadan keçməklə Rusiyadan Qərbə neft və qaz tranziti üzrə şirkətlərin əməkdaşlığına aiddir. Danışıqların təfsilatı axşama qədər məlum olacaq.

Xəbər lenti

Xəbər lenti