...

Rusiyanın müdafiə naziri: Rusiya bazalarının Gürcüstandan çıxarılması Rusiyanın təhlükəsizliyini zəiflətməyəcək

Dünya xəbərləri Materials 19 Sentyabr 2006 19:24 (UTC +04:00)

Sergey İvanov əmindir ki, Rusiya bazalarının Gürcüstandan çıxarılması Rusiyanın təhlükəsizliyini zəiflətməyəcək.

"İki hərbi bazanın Gürcüstandan çıxarılması Qafqazda Gürcüstanla birbaşa sərhəddə yerləşəcək iki hərbi briqadanın tikintisi ilə sıx əlaqədardır. Rusiya hərbi bazaların çıxarılmasından sonra təhlükəsizliyini əldən verməyəcək", - deyə İvanov bildirib.

"Bu gün Axalkalakidəki sonuncu eşelon (hələ yalnız texnika) Rusiya Federasiyanın ərazisinə daxil olur", - deyə Sergey İvanov xatırlatma verib. onun sözlərinə görə, "bütün bunlar Gürcüstanla əldə olunmuş razılaşmada öz əksini tapıb".

"Rusiya Gürcüstan qarşısındakı öhdəliklərini dəqiqliklə və sona qədər yerinə yetirir", - deyə nazir vurğulayıb.

O bildirib ki, Gürcüstandan hərbi bazaların çıxarılmasının bütün proqramı 2008-ci ilin sonunadək planlaşdırılıb. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti