...

Volqoqrad vilayətində qaz kəmərində partlayış baş verib

Dünya xəbərləri Materials 28 Sentyabr 2006 18:46 (UTC +04:00)

Volqoqrad vilayətində "Asiya-Mərkəz" magistral qaz kəmərində partlayış baş verib. Hadisə yerinə gələn yanğınsöndürən və qəza briqadaları yanğının yayılmasının qarşısını almaq üçün tədbirlər görürlər. Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin operativ növbətçisinin "İTAR-TASS"ın müxbirinə verdiyi məlumata görə, Moskva vaxtilə saat 08:00-da yanan qaz məşəlinin hündürlüyü 100 metrə yaxın olub. Partlayış yerinə 400 metrdən yaxına gəlmək mümkün olmayıb.

Trend in xəbər verdiyi kimi, boru kəmərinin qəza baş verdiyi hissəsində qazın yanması bir neçə saat davam edib.

Xilasedicilərin verdiyi məlumata görə, diametri 1250 mm olan və 1,5 metr dərinlikdə yerləşən kəmərdə partlayış bu gün Moskva vaxtilə saat 03:20-də Mixaylovka rayon mərkəzindən 30 km aralıda baş verib.

Volqoqraddan hadisə yerinə vilayət prokurorluğunun, regionun Federal Təhlükəsizlik Xidməti İdarəsi və Şəhər Daxili İşlər İdarəsinin əməkdaşları gəliblər.

Xəbər lenti

Xəbər lenti