Yerli özünüidarəetmə orqanlarına seçkiləri müşahidə etmək üçün Polşa Seyminin nümayəndə heyəti çərşənbə günü üçgünlük işgüzar səfərlə Tbilisiyə gələcək.
Parlamentdən "Praym-Nyus"a verilən xəbərə görə, Polşa nümayəndə heyəti nümayəndələrinin oktyabrın 4-ü və 6-da ali qanunverici orqanın sədri Nino Burcanadze, parlamentin xarici əlaqələr üzrə komitəsinin başçısı Konstantin Qabaşvili, parlamentin Avropaya inteqrasiya üzrə komitəsinin başçısı David Bakradze və Polşa Seymi ilə dostluq qrupunun nümayəndələri, eləcə də Polşanın Gürcüstandakı səfirliyində görüşlər planlaşdırılıb.
Trend in "Praym-Nyus"a istinadən xəbər verdiyi kimi, yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 5-nə nəzərdə tutulub.