...

Corc Buş KXDR-də nüvə sınaqları ilə əlaqədar bəyanat verəcək

Dünya xəbərləri Materials 9 Oktyabr 2006 15:17 (UTC +04:00)

Yaxın vaxtlarda ABŞ prezidenti Corc Buş KXDR-də nüvə sınaqlarının keçiriləcəyi ilə əlaqədar bəyanat verəcək. Bu barədə "Foks" teleşirkəti Ağ Evin mənbələrinə istinadən xəbər verir.

Teleşirkətin məlumatına görə, ABŞ-ın dövlət katibi Kondoliza Rays hazırda bir sıra dövlətlərin xarici işlər nazirləri ilə telefon əlaqəsi yaradaraq, onlarla Şimali Koreyanın hərəkətləri ilə bağlı məsləhətləşmələr aparır. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti