...

"ES Rossii" RSC başçısı Anatoliy Çubays Qazaxıstana gələcək

Dünya xəbərləri Materials 12 Oktyabr 2006 15:23 (UTC +04:00)

Rusiya ilə sərhəddə yerləşən Qazaxıstanın şimalındakı iri elektrik stansiyalardan birinə şənbə günü, oktyabrın 14-də "ES Rossii" RSC başçısı Anatoliy Çubaysın səfəri gözlənilir. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri xəbər verir.

Ekibastuzdakı DRES-2 1990-cı ildə istismara verilib. Stansiyanın istehsal gücü ümumi gücü 850 MVt olan 2 enerji bloku, işçilərin sayı isə 1440 nəfərdir. Respublikada istehsal olunan elektrik enerjisinin ümumi həcminin 10-12%-i stansiyanın payına düşür.

"DRES-2"nin bazasında "Ekibastuz DRES-2" Qazaxıstan-Rusiya (50%-50%) stansiyası yaradılıb.

Xəbər lenti

Xəbər lenti