...

BMT Baş Assambleyası Pan Gi Munu rəsmən təşkilatın yeni rəhbəri təyin edib

Dünya xəbərləri Materials 14 Oktyabr 2006 11:48 (UTC +04:00)

BMT Baş Assambleyası Cənubi Koreyanın xarici işlər və ticarət naziri Pan Gi Munu Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən, səsvermə keçirilmədən təşkilatın baş katibi təyin edib. Pan Gi Mun BMT-yə 2007-ci ilin yanvarından 2011-ci ilin dekabrınadək rəhbərlik edəcək. Bu barədə BMT-nin mətbuat xidməti məlumat verib. Pan Gi Munun andiçmə mərasimi dekabrda olacaq.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, BMT-nin nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifəli şəxsidir. 1997-ci ildən bu postu tutan Kofi Annanın səlahiyyətləri 31 dekabr 2006-cı ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti