...

Mixail Saakaşvili: Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək

Dünya xəbərləri Materials 4 Noyabr 2006 12:08 (UTC +04:00)

"Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırlaşmır". Trend in RİA Novovsti agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib.

"Biz Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırlaşmırıq. Biz axı dəli deyilik. Gürcüstanın ata biləcəyi sonuncu addım Rusiyaya qarşı sanksiya tətbiq etməkdir", - deyə M.Saakaşvili Monakoda Ümumdünya milli qlobal təhlükəsizlik forumu çərçivəsində keçirilmiş mətbuat konfransında bəyan edib.

Gürcüstan prezidenti qeyd edib ki, Tiflis Rusiyanın "qəbul olunmuş oyun qaydalarına" əməl etməsində israrlıdır.

M.Saakaşvilinin sözlərinə görə, Gürcüstan Rusiya ilə mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıdır və əmindir ki, bu münasibətlər bərpa olunacaq.

"Biz Rusiya ilə münasibətlərimizin yaxşılaşmasına mane ola biləcək əsaslı səbəb görmürük", - deyə dövlət başçısı qeyd edib. O əlavə edib ki, Gürcüstan "özünə problem yaratmaqda maraqlı deyil".

Xəbər lenti

Xəbər lenti