Niderland milli bankı nümayəndə heyətinin Gürcüstana səfəri təxirə salınıb
Niderland milli bankının prezidenti Nout Velinkinin başçılığı ilə bankın nümayəndə heyətinin Gürcüstan səfəri uçuş üçün əlverişli olmayan hava şəraiti səbəbindən təxirə salınıb. Bu barədə "Novosti-Qruziya" agentliyinə Gürcüstanın Milli Bankından məlumat verilib.
Nümayəndə heyəti Münxen-Tbilisi reysi ilə uçmalı idi, lakin Münxendə əlverişsiz hava şəraiti olduğuna görə uçuş təxirə salınıb. Bu barədə Trend "Novosti-Qruziya" agentliyinə istinadən xəbər verir.
İkigünlük səfər zamanı Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze və Gürcüstanın baş naziri Zurab Noqaideli ilə görüşlər planlaşdırılıb.