...

Qızıl meydanda 7 noyabr 1941-ci il tarixi paradının 65 illiyinə həsr olunmuş təntənəli marş başlanıb

Dünya xəbərləri Materials 7 Noyabr 2006 13:11 (UTC +04:00)

Moskvanın Qızıl meydanında 7 noyabr 1941-ci il tarixi paradının 65 illiyinə həsr olunmuş təntənəli marş başlanıb. Burada hərbi qulluqçular, kadetlər, eləcə də hərbi-vətənpərvər klubların nümayəndələri iştirak edir.

Tədbirdə təxminən 4 min nəfər iştirak edir, təxminən 6 min tamaşaçı baş verənləri tribunalardan müşahidə edir. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Təntənəli marşı əyinlərində ötən əsrin 40-cı illərinin forması olan Moskva qarnizonunun hərbi qulluqçuları açıb. Onlara Moskvanın kadet korpuslarının tələbələri, suvorovçular, gənc hərbi-vətənpərvər və axtarış klublarının nümayəndələri qoşulub.

Bu il veteranlar marşda iştirak etmirlər. Onlar üçün tribunalarda xüsusi yerlər ayrılıb. 1941-ci il tarixi marşında iştirak edən təxminən 70 veteran təntənəli yürüşə tamaşa edir.

Təntənəli marşdan əvvəl Moskva meri Yuri Lujkov, Moskvanın hökümət üzvləri, Moskva şəhər dumasının deputatları və veteranlar Naməlum əsgərin məzarına əklillər qoyublar.

Xəbər lenti

Xəbər lenti