...

Astanada ABŞ səfirliyi açılıb

Dünya xəbərləri Materials 11 Noyabr 2006 13:00 (UTC +04:00)

Bu gün Astanada ABŞ səfirliyinin açılışı olub. Bu münasibətlə paytaxt jurnalistləri üçün səfirlik üzrə press-tur təşkil ediblər. Səfirlik bir neçə binadan - səfirliyin özünün binasından, yaşayış və təsərrüfat binalarından ibarət böyük kompleksdir. Səfirlik Astananın sol sahilində yerləşir. Burada sərbəst iqtisadi zona fəaliyyət göstərir. Akodra - prezident iqamətgahının yaxınlığında yerləşir. "İndi qazaxıstanlılar konsul xidmətlərinə görə həm Almatada, həm də Astanada müraciət edə bilərlər", - deyə ABŞ konsulu Cefri Lodinski jurnalistlərə bildirib.

Trend in Astanadakı xüsusi müxbiri xəbər verir ki, onun sözlərinə görə, kazaxıstanlılar viza almaq üçün bəzi sənədləri təqdim etməli, müsahibədən keçməli və onların barmaq izləri götürülməlidir. Həm də ABŞ-a gələrkən şəxsiyyəti təsdiq etmək üçün yenə də vətəndaşın barmaq izləri götürülməlidir.

Konsul qeyd edib ki, ərizəçi barədə məlumatlar vahid məlumat bazasına daxil edilir. Səfirliyin verdiyi məlumata görə, viza almaq üçün Astanada artıq təxminən 50 nəfər müraciət edib. D.Lodinski qeyd edib ki, hər il Amerika səfirliyi təxminən 11 min viza verir, həm də ABŞ-a getmək istəyənlərin sayı hər il 15% artır.

Xəbər lenti

Xəbər lenti