...

Dövlət katibi: ABŞ İraqa silsilə səhvlər buraxıb

Dünya xəbərləri Materials 2 Dekabr 2006 11:50 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Kondoliza Rays etiraf edib ki, ABŞ İraqda xeyli səhvlər buraxıb. Onun sözlərinə görə, bu səhvlərin konkret hansılar olduğunu bilmək üçün onun istefasını gözləmək lazımdır. Bu barədə Trend agentliyi İTAR- TASS-a istinadən məlumat verir.

Kondoliza Rays vurğulayıb ki, "İraqın azad edilməsi kimi böyük işlərə girişmək" və səhvlər buraxmaq lazım deyil. "Mən əminəm ki, bir çox işləri biz tamamilə başqa cür edə bilərdik".Rays qeyd edib ki, o, dövlət vəzifəsindən getdikdən sonra Stenford universitetində tədris işinə qayıdacaq. Orada onun üçün "keçmişə nəzər salmağa" və bu problemlər barədə kitab yazmağa imkan yaranacaq.

Xəbər lenti

Xəbər lenti