...

Türkiyənin baş naziri Brüsseldə AB liderləri ilə görüşə getməyəcək

Dünya xəbərləri Materials 9 Dekabr 2006 11:43 (UTC +04:00)

Hakim AKP parlament fraksiyasının toplantısında deputat Salih Qapusuz bildirib ki, hətta bu il dekabrın 14-15-də Avropa Birliyi liderlərinin Brüsseldəki görüşünə dəvət gəldiyi halda, Türkiyənin baş naziri T.Ərdoğan orada iştirak etməyəcək.

Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, hökümət başçısı dekabrın 15-də Milli Məclisin ölkə büdcəsinə həsr olunmuş toplantısında iştirak etməyi planlaşdırır. AKP nümayəndəsinin sözlərinə görə, Türkiyənin limanların açılmasına dair təşəbbüsü vaxtında edilən hərəkətdir. O bildirib ki, AB ilə münasibətlər mürəkkəbləşdiyi halda, Türkiyədə ehtiyat "B" planından əlavə "Ç" planı da mövcuddur və bu plan AB liderlərinin görüşündən sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti