Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alekseyev çərşənbə günü Moskvada ABŞ səfiri Uilyam Bernsi qəbul edib. Bu barədə RF XİN informasiya və mətbuat departamenti xəbər verib.
XİN-dən bildiriblər ki, söhbət çərçivəsində Koreya yarmadasının denuklearizasiyasıyla bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
"RİA Novosti" agentliyinə istinadən Trend bildirir ki, görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər beynəlxalq problemlər də müzakirə edilib.
Dekabrın 18-də Pekində altıtərəfli danışıqlar başlayacaq.