...

Gürcüstan prezidenti dekabrın 19-21-də Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 16 Dekabr 2006 13:31 (UTC +04:00)

Gələn həftə Gürcüstan prezidenti Mixail Saakaşvilinin Türkiyəyə rəsmi səfəri gözlənilir. Trend in Gürcüstan dövlət rəhbərliyi idarəsindən Tiflisdəki xüsusi müxbirinə verilmiş məlumata görə, səfər üç gün çəkəcək və dekabrın 19-21-ə planlaşdırılıb. Qeyd etmək lazımdır ki, prezident öz vətəninə dekabrın 21-də, 39 yaşı tamam olan gün qayıdacaq.

Onun ad günü 127 yaşı tamam olacaq Stalinin anadan olduğu günlə üst-üstə düşür. Səfərin gedişindəprezident Ankara və İstanbula baş çəkəcək. Onun prezident Əhməd Necdət Sezər, baş nazir Rəcəp Tayyip Ərdoğanla görüşü planlaşdırılıb. Həmçinin Türkiyənin nazirləri ilə də görüşlər nəzərdə tutulub.

Görüşlər zamanı iki ölkə arasındakı münasibətlərin həm iqtisadi əməkdaşlıq istiqamətində, həm də siyasi rakursda dərinləşməsi məsələləri müzakirə olunacaq. Gürcüstan prezidenti Türkiyədə Türkiyənin iş adamları və gürcü diasporu ilə görüşlər keçirəcək. Həmçinin Türkiyənin KİV-i və aparıcı kanalları ilə müsahibələr planldaşdırılıb.

Xəbər lenti

Xəbər lenti