...

Qazaxıstan Rusiya, Çin və ABŞ istiqamətinə üz tutacaq

Dünya xəbərləri Materials 11 Yanvar 2007 15:56 (UTC +04:00)

Qazaxıstan XİN-nin əsas vəzifəsi kursu Rusiya, Çin və ABŞ istiqamətinə yönəltməkdir. Bunu Trend in Asatandakı müxbiri xəbər verib.

Bu gün dövlət başçısı XİN-nin işinin əsas istiqamətlərini qeyd edib. N.Nazarbayev vurğulayıb: "Əsas iqtisadi və siyasi tərəfdaşlarımız kimi Rusiya, eləcə də Çin Xalq Respublikası ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində iş görməli və Avropa İttifaqı ilə (ən böyük ticarət tərəfdaşımız) münasibətlərimizi möhkəmləndirməliyik. O əlavə edib: "Və əlbəttə ki, Amerika Birləşmiş Ştatları ilə münasibətləri inkişaf etdirməliyik, onlarla əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb".

Prezident vurğulayıb: "Qısaca desəm, bu istiqamətdə yeni nazir və nazirliyin bütün aparatı işləməlidir".

Xəbər lenti

Xəbər lenti