...

ABŞ Milli kəşfiyyat direktoru KXDR və İranın nüvə proqramları ilə bağlı təhlükəli vəziyyət yarandığını bildirib

Dünya xəbərləri Materials 12 Yanvar 2007 16:25 (UTC +04:00)

ABŞ Milli kəşfiyyat direktoru Con Neqroponte KXDR və İranın nüvə proqralarından, eləcə də Çinin artan hərbi gücündən ehtiyat edir. Onun sözləırinə görə, İran və Şimali Koreya "BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, siysətçilər qarşısında durmalı olan əsas məqsədləri dəyişirlər, öz vətəndlaşlarının ehtiyac və hüquqlarına biganə yanaşırlar". KXDR-a münasibətdə ABŞ milli kəşfiyyat direktoru əlavə edib ki, onun keçən ilki fəaliyyəti dünya ictimaiyyəti üçün problem yaratmışdı və qonşu ölkələri öz nüvə proqramlarını yaratmağa təhrik edə bilərdi. "İTAR-TASS" agentliyinə istinadən bu barədə Trend xəbər verir.

Çinə gəlincə Neqroponte onun Tayvanla ziddiyətdə olmasını və bununla əlaqədar silahlı qüvvələrinin modernləşdirilməsinə başlamasını xatırladıb. O deyib: "Biz güman edirik ki, Çinin superdövlət statusuna dair iddiaları ona gətirib çıxaracq ki, hətta Tayvan problemi həll edilsə belə, bu proses dayandırılmayacaq".

Xəbər lenti

Xəbər lenti