...

Səddam Hüseynin məsləkdaşları keçmiş prezidentin yanında dəfn olunacaqlar

Dünya xəbərləri Materials 15 Yanvar 2007 18:06 (UTC +04:00)

Səddam Hüseynin bazar ertəsi səhər dar ağacından asılmış tərəfdarları Barzan at -Tikriti və Avvad əl-Bandar Tikrit ətrafında Auca kəndindəki qəbiristanlıqda İraqın keçmiş prezidenti və onun iki oğlu Udey və Kuseyin qəbri yanında dəfn olunacaqlar. Bu barədə "Əl-Ərəbiyə" ərəb peyk telekanalı xəbər verir.

Telekanalın məlumatlarına görə, Səddamın doğma kəndinin yerləşdiyi Salah əd-Din əyalətinin hökümət orqanları artıq edam olunmuşların cənazələrinin Tikritə nəql olunması üçün təyyarə vermək xahişi ilə Amerika ordusuna müraciət ediblər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Səddamın ögey qardaşı və İraq kəşfiyyat xidmətlərinin keçmiş başçısı Barzan at-Tikriti, eləcə də İraqın İnqilab tribunalının keçmiş sədri Avvad əl-Bandar devrilmiş prezidentlə birgə Əd-Duceyl kəndində 1982-ci ildə prezident alayına hücum edildikdən sonra orada şiyələrin kütləvi şəkildə öldürülməsi haqqında iş üzrə prosesdə İraq xalqına qarşı törədilmiş cinayətə görə ötən il noyabrın 5-də ölümə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti