...

"New York Life" sığorta şirkəti ermənilərə ödəmələrə başlayıb

Dünya xəbərləri Materials 19 Yanvar 2007 11:12 (UTC +04:00)

"New York Life" Amerika sığorta şirkəti Osmanlı İmperiyasında yaşamış və "zülmə məruz qalmış" ermənilərin nəslindən olanlarə "kompensasiyalar" ödəniliməsinə başlayıb.

Trend in Ankara müxbiri xəbər verir ki, ilk ödəmələr Yerevanda "HSBC" bank şöbəsində 1353 erməniyə veriləcək.

Hazırda 3 miylon 650 min dollar həcmində kompensasiya verilməsi gözlənilir. Amerika firması təxminən 20 milyon dollara yaxın kompensasiya verməyi planlaşdırıb, bunun11,9 milyonu ayrı-ayrı vətəndaşlara, 3 milyonu isə xeyriyyə təşkilatları və erməni kilsəsinə təqdim ediləcək. Ödəmələr əcdadlarının Osmanlı İmperiyasında yaşamasını sübut edən rəsmi sənədlərə malik təxminən 2500 erməniyə ayrılacaq.

Xəbər lenti

Xəbər lenti