Türkiyənin Böyük Millət Məclisində İraqdakı vəziyyətə həsr olunmuş qapalı iclasın keçirilməsi planlaşdırılır. İclas bu il yanvarın 23-nə təyin olunub.
Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, ölkə parlamentariləri İraqın türkmənlərin kompakt şəkildə yaşadıqları şimal rayonlarındakı vəziyyətdən narahatdırlar. Əvvəl Kərkük şəhərinin məclisinin türkmən əhalisi tərəfdən rəhbərlərindən biri Əli Mehdi Sadıq silah tədarükü məsələsində yardım üçün Türkiyəyə müraciət edib.