...

Tehran öz nüvə proqramının reallaşdırılmasını məhdudlaşdırmaq niyyətində deyil

Dünya xəbərləri Materials 20 Yanvar 2007 12:11 (UTC +04:00)

Tehran öz dinc nüvə proqramının reallaşdırılmasında qarşıya qoyulmuş məqsədlərə sona qədər nail olmaq niyyətindədir.

"Biz İranın ayrılmaz hüququna (dinc nüvə texnologiyalarına dair) nail olmaq üçün öz yolumuzu müdrikliklə davam etdirəcəyik", - deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Əli Laricani jurnalistlərə bildirib.

O bəyan edib ki, Tehran bir neçə il əvvəl öz nüvə obyektlərinin fəaliyyətini dayandırıb və İran nüvə proqramının dinc yönümlü olduğuna etimadın yaradılması üçün uranın zənginləşdirilməsi üzrə moratorium tətbiq edib, lakin "avropalılar öz vədlərini yerinə yetirmədi".

"Bu gün biz nüvə proqramının reallaşdırılmasında mühm mərhələyə çatmışıq və ümid edirik ki, müdriklik və həmrəyliyimiz sayəsində öz məqsədimizə çatacağıq", - deyə Əli Laricani bildirib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Tehran, dünya ictimaiyyətinin tələb etdiyi kimi, uranın zənginləşdirilməsi üzrə işləri dayandırmadığından, BMT-nin Təhlükəsizlik Şurası 2006-cı il dekabrın 23-də yekdilliklə İran üzrə 1737 qətnaməsini qəbul edib. Sənəddə hərbi nüvə proqramlarına qarşı sanksiyalar nəzərdə tutulub, lakin sənəd məmurların səfərlərini və müəssisələrin xarici siyasi fəaliyyətini qadağan etmir. Sanksiyalar uranın zənginləşdirilməsi, kimyəvi reprosessinq, ağır suya əsaslanan layihələrə və nüvə silahının çatdırılma vasitələrinin istehsalı ilə bağlı fəaliyyətə şamil edilirlər.

Tehran sənədə cavab reaksiyası olaraq bəyan edib ki, Atom enerjisi üzrə Beynəlxalq agentliyi ilə əməkdaşlığını nəzərdən keçirəcək.

Bu il fevralın 23-dək İrana dair qəbul olunmuş sanksiyaları nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasına İranın "nüvə dosyesi" üzrə MAQATE-nin məruzəsi təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti