...

ABŞ səmasında göyərtəsində 210 sərnişin olan avialaynerin pilotu vəfat edib

Dünya xəbərləri Materials 22 Yanvar 2007 17:58 (UTC +04:00)

Birləşmiş Ştatlarda uçuş zamanı avialaynerin pilotu vəfat edib və bu, ikinci pilotu fövqəladə eniş etməyə məcbur edib. Təyyarənin göyərtəsində 210 sərşinin olub və heç kim xəsarət almayıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

(C) Associated Press xəbər verir ki, Continental Airlines aviaşirkətinin təyyarəsi Hyustondan Meksikanın kurort şəhəri - Puerto-Valyartaya uçurdu.

Continental Airlines şirkətinin nümayəndəsinin sözlərinə görə, birinci pilot "sağlamlığı ilə bağlı ciddi problemlər hiss edib" və vəfat edib, sonra ikinci pilot təyyarəni Texasda yerə endirib. Aviaşirkət nümayəndəsinin sözlərinə görə, yəqin ki, pilotun ölümü qətl nəticəsində baş verməyib. Avialayner uçuşa yeni heyətlə davam edəcək.

Xəbər lenti

Xəbər lenti