...

Fevralın 5-6-da Moskvada aviaəlaqələrin bərpa edilməsi ilə bağlı Gürcüstan-Rusiya danışıqları keçiriləcək

Dünya xəbərləri Materials 25 Yanvar 2007 12:14 (UTC +04:00)

Rusiya tərəfi hava əlaqəsinin bərpası ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlara hazır olması barədə bildrib. Trend müxbirinə Gürcüstanın nəqliyyat üzrə milli tənzimləmə komissiyasından bildiriblər ki, dünən gecə bu məzmunda məktub Moskvadan alınıb.

Bir həftə öncə Gürcüstan komissiyası iki ölkə arasında aviaəlaqənin bərpası ilə bağlı danışıqlar barədə təkliflərini Moskvaya göndərmişdi. Bu, Gürcüstan tərəfin Moskvaya müraciət məzmunlu sayca artıq ikinci məktub idi, birinci məktuba heç bir cavab alınmamışdı.

Rusiya Nəqliyyat Nazirliyi ilə danışıqlar Moskvada fevralın 5-6-da keçiriləcək, Gürcüstan tərəfi danışıqlarda tənzimləmə komissiyasının sədri Aleksandr Çxikvadze təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti